Sumqayıt şəhəri, 13-cü mikrorayonda kafedə yanğın olub.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.