Tovuzda yol qəzası olub.

"Unikal"ın nəlumatına görə, hadisə  Bakı-Qazax magistral yolunun Tovuz rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "Kamaz" markalı yük maşını toqquşub.

Qəza zamanı miroavtobusda olanlar 2005-ci il təvəllüdlü Nuray Namazova, 1986-cı il təvəllüdlü L. Şəmilova, 1977-ci il təvəllüdlü R. Namazov, 1985-ci il təvəllüdlü L. Namazova, 2002-ci il təvəllüdlü N. Namazova  və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerlışdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov