Rusiyanın Belqorod vilayətində neft bazasında yanğın başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçesla Qladkov “Telegram” kanalında paylaşım edib.
Vyaçesla Qladkov yazıb ki, neft bazasında yanğın Ukrayna Silahlı Qüvvələrinin ərazini atəşə tutmasından sonra başlayıb. Mərmilərdən biri neft bazasına düşüb. Rusiya Fövqəladə Hallar Nazirliyinin briqadaları yanğını söndürməyə çalışır.