Salyanda baş verən yol qəzasında 9 nəfər xəsarət alıb.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.