Su arxına düşən 82 yaşlı kişi dünyasını dəyişib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, Astara rayon Ərçivan qəsəbə kənd sakini 1940-cı il təvəllüdlü Baldadaş Mənsur oğlu Cəfərov, balıq tutmaq üçün qəsəbə ərazisində yerləşən su arxına gedib.
O, qırmaq atarkən ayağı sürüşüb və su arxına düşərək, boğularaq ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.