Yevlax-Bərdə avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində 2 avtomobil toqquşub, 3 nəfər xəsarət alıb.

"Unikal" report-a istinadən xəbər verir ki, yaralılar Ağdaş rayon sakini, 1996-cı il təvəllüdlü E.Hacıyev və daha 2 nəfər xəstəxanaya aparılıblar.

E.Hacıyevin vəziyyəti orta-ağır, digərlərinin isə kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.