Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə səfərbərliyin başa çatması xəbərini təkzib edib.
"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, indiyədək səfərbərlik tədbirlərinin başa çatdırılması ilə bağlı heç bir qərar yoxdur.
Kreml sözçüsü izah edib ki, Müdafiə Nazirliyi hər bir region üçün səfərbər edilməli olan insanların sayı ilə bağlı göstəricilər müəyyən edib.
“Regionlar göstəricilərin yerinə yetirildiyini, tapşırığın yerinə yetirildiyi bölgələrdə səfərbərliyin dayandırıldığını bildirir”, - Peskov izah edib.
Peskov bildirib ki, səfərbərliyi qanuni olaraq yalnız prezidentin fərmanı dayandıra bilər.
Bundan əvvəl Moskva meri Sergey Sobyanin bildirib ki, şəhərdə qismən səfərbərlik başa çatıb, paytaxtda səfərbərlik məntəqələri bağlanmağa başlayıb.
Daha sonra Moskvanın hərbi komissarı, polkovnik Maksim Loktev paytaxtda səfərbərlik tədbirlərinin başa çatdığını elan edib.
Gülayə Mecid