Rusiya Federasiyasının küçələri Vladimir Putin rejiminə qarşı ayağa qalxdıqda, o zaman hakim “yuxarı”nın nümayəndələri iğtişaşlara qoşula bilər.
"Unikal" xəbər verir ki, belə bir fikri GUR-un rəsmi nümayəndəsi Andrey Çernyak Putin hökumətinin devrilməsi ehtimalını şərh edərkən bildirib.
"İndi Rusiyada hər hansı bir çevriliş mümkün deyil. Orada sistem elə qurulub ki, hakimiyyətdə olan insanlar mövcud vəziyyəti qoruyub saxlamaqda maraqlıdırlar. Onların var-dövləti, dünyaya baxışı var. Onların arasında ayıq adamlar da var. Rusiyadakı mövcud vəziyyətin kritikliyini dərk edənlər. Lakin onlar heç vaxt hər hansı dəyişikliyin ruporuna çevrilməyəcəklər. Fərqli fikirdə olanlar ya məhv edilir, ya da hər hansı kəskin addımlar atmaq üçün həddən artıq qorxurlar”, - deyə Çernyak bildirib.
Gülayə Mecid