ABŞ-da DEAŞ-ı maliyyələşdirməkdə ittiham olunan fransız sement istehsalçısı Lafarge 687 milyon dollarlıq razılığa gəlib və şirkət 90 milyon dollar cərimə ödəyəcək.
"Unikal" xəbər verir ki, ABŞ-dakı davada Fransanın Lafarge sement zavodunun "İŞİD-ə yardım etmək"də günahını etiraf edəcəyi açıqlanıb.
Fransız qurumlarına aid sənədlərdəki məlumatlarda dünyanın ən böyük sement nəhəngi Fransız Lafargen DEAŞ-la əlaqəsi haqqında Fransa daxili, xarici və hərbi kəşfiyyat xidmətlərini davamlı olaraq məlumatlandırdığı və əlaqənin fransızların məlumatı daxilində reallaşdığı ortaya çıxıb.
AA-nın 2021-ci ilin sentyabrında dərc etdiyi xəbərlərdə yer alan sənədlərdə Fransa kəşfiyyatı və dövlət qurumları Lafarge terroru maliyyələşdirərək insanlığa qarşı cinayət törətdiyinə dair xəbərdarlıq etməyib və o bunu gizli protokollarda etiraf edib.
DEAŞ isə Lafargedən aldığı sementi sığınacaq və tunellərin tikintisində istifadə edib.
Dünyanın ən böyük sement nəhəngi Fransız Lafarge, DEAŞ-ı maliyyələşdirməkdə ittiham olunduqdan sonra İsveçrədəki rəqibi ilə birləşərək 2015-ci ildə "LafargeHolcim" adını alıb.
Ali Məhkəmənin qərarından sonra şirkətin İsveçrə birjasında satılan səhmləri 4 faizdən çox ucuzlaşaraq 48 İsveçrə frankından aşağı düşüb.
Gültəkin Ələsgər