ABŞ-ın Ohayo ştatının Marietta şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə ştatın magistral patrul xidməti məlumat yayıb.

Məlumata görə, ikimühərrikli təyyarə dilerin dayanacağında qəzaya uğrayıb və nəticədə təyyarənin pilotu və sərnişini həlak olub. Televiziya şirkətinin məlumatına görə, avtomobillərə və diler mərkəzinin binasına ziyan dəyib, tələfat yoxdur. Təyyarə düşdükdən sonra təyyarə alovlanıb, yanğın söndürülüb.

ABŞ Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası insidentlə bağlı araşdırma aparır. 

Gültəkin