ABŞ prezidenti Co Baydenin administrasiyası əsirlərin mübadiləsi üzrə Rusiya ilə dialoqun uğurla başa çatdırılmasını prioritet hesab edir.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer növbəti brifinq zamanı deyib.
“Amerikalıların - Britni Qrinerin və Paul Whelanın vətənlərinə qayıtması hazırkı ABŞ administrasiyası üçün prioritetdir” deyə mətbuat katibi bildirib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov hesab edir ki, Bayden Rusiyada narkotik qaçaqmalçılığına görə həbs edilən amerikalı basketbolçu Britni Qrinerin aralıq Konqres seçkilərinə qədər vətəninə qayıtmasını təmin etməyi gözləyir.
Kreml sözçüsü Rusiya tərəfinin hazırkı vəziyyətdə Qreynerin mümkün mübadiləsi mövzusunu vacib hesab etmir. Uşakov onu da vurğulayıb ki, bu, Moskvanı narahat edən məsələ deyil.
Ramil Zeynallı