"Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesində müsbət irəliləyişlər var".
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.
O, qeyd edib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində yeni addımlar atacaqlarına inanır.
Kalın onu da bildirib ki, erməni diasporu o prosesə dəstək verməlidir. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan, eləcə də Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması Ermənistanın özü üçün faydalıdır.
Gültəkin Ələsgər