Çərşənbə axşamı Fransada bir sıra sektorların işçilərinin, dövlət qulluqçularının, gənclər təşkilatlarının və tələbələrin iştirak etdiyi ümumi tətil başlayıb.
"Unikal"ın "Le Figaro" nəşrinə istinadən verdiyi xəbərə görə, iş şəraitinin yaxşılaşdırılması tələbi ilə bir neçə həftədir tətil edən "TotalEnergies" və "ExxonMobil" neft emalı zavodları və anbar işçiləri ilə yanaşı, nəqliyyat işçiləri, xüsusən də dəmir yolu operatorları da artıq tətilə qoşulublar.
Bugünkü tətilə görə Fransa ərazisində qatarların şəhərlərarası gedişlərinin təxminən yarısının həyata keçirilməyəcəyi də gözlənilir.
Bundan əlavə, Təhsil Nazirliyinin məlumatına görə, ölkənin müəllim heyətinin təxminən 6%-i ümumi tətilə qoşulub. Tətildə bəzi seminariya və universitetlərin girişlərini bağlayan tələbələr də iştirak edir.
Ağarza Elçinoğlu