İsveçrə hakimiyyəti son 7 gündə 37 032 koronavirusa yoluxma və 21 ölüm halı qeydə alıb. Ötən həftə ilə müqayisədə xəstələnmə 4,1 faiz, ölüm nisbəti isə 37,1% artıb.
"Unikal"ın məlumatına görə, bu barədə Federal Səhiyyə İdarəsi xəbər verib.
Məlumata əsasən, sentyabrın 21-dən 28-dək 16 826, sonrakı yeddi gündə 25 134, bir həftə sonra daha 35 579, son yeddi gündə isə 37 032 yoluxma faktı aşkar edilib. Ölüm hallarının sayı oktyabrın 5-dən 11-dək doqquz nəfərə və oktyabrın 12-dən 18-dək 21 nəfərə qədər artıb.