Ukraynada hüquq-mühafizə orqanları 12 deputatın Rusiyanın təşkil etdiyi psevdoreferendumu dəstəkləməkdə şübhəli olduqlarını açıqlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, sentyabrın 20-də psevdo-deputatlar “DXR-nin xalq şurası”nın iclasında iştirak edib və “ictimai palatanın” qondarma rəhbərinin müraciəti əsasında şəxsən Rusiya Federasiyasına qoşulmaq məsələsi üzrə DXR-nin referendumu haqqında saxta "qanun" qəbul edib, səs veriblər.
Həmin deputatlar Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsinin 2-ci hissəsi, 111-1-ci maddəsinin 5-ci hissəsi pozmaqda və dövlətə xəyanətdə ittiham olunublar.
Gülayə Mecid