Baş rollarını Ozan Akbaba və Sinem Ünsalın canlandırdığı "Uzak şehir" serialının yayımdan qaldırılması tələb olunub.

"Unikal" xəbər verir ki, bununla bağlı millət vəkili Doğan Bekin çıxış edib.

O, serialın Mardin dəyərlər toplusu ilə uyğun gəlmədiyini iddia edərək yayımdan çıxarılmasını istəyib.

Qeyd edək ki, sözügedən ekran işi Mardin şəhərində lentə alınıb. Layihə "Kanal D"də yayımlanır.