Avropa Komissiyası Ukraynaya dəstək üçün Avropa Fondundan Kiyevə 4,1 milyard avro məbləğində makromaliyyə yardımının ikinci tranşının ayrılmasına müsbət cavab verib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb. Qərar Aİ Şurası tərəfindən təsdiqlənməlidir.

Avropa Komissiyası qeyd edib ki, bu tranşın Ukraynaya Dəstək Fondu vasitəsilə köçürülməsindən sonra Kiyev ümumilikdə 16,1 milyard avro alacaq.