Litvanın yeni çağırış Seymi (parlamenti) keçmiş baş nazir, “Litva Adı Uğrunda” partiyasının hakim koalisiyasının sədri Saulius Skvernelisi spiker seçib.

"Unikal" xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, Seymin 107 deputatı siyasətçinin namizədliyinin lehinə, 19 deputat əleyhinə səs verib, 10 deputat bitərəf qalıb. Bir bülleten etibarsız olub.