Bakıda 66 yaşlı kişi sirkə turşusundan zəhərlənərək ölüb.
"Unikal" xəbər verir ki, hadisə oktyabrın 18-i saat 09:30 radələrində Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Həbibov Vaqif İdris oğlu yaşadığı evdə sirkə turşusu içərək zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. O, həmin gün saat 15:00 radələrində zəhərlənmədən ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.