Astarada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, oktyabrın 18-də saat 12 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qəsəbə sakini R.Hüseynov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən həmyerliləri Məlahət Əfsəlovanı və azyaşlı nəvəsi Gülağanı vurub. Nəticədə uşaq hadisə yerində ölüb, M.Əfsəlova isə xəstəxanaya yerləşdirilib.
Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.