Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyəti həll etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılarını sərhəddə yerləşdirilməlidir.
"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstanın müdafiə naziri Baktıbek Bekbolotov bildirib.
Onun sözlərinə görə, tərəflər arasında sülhə nail olmaq üçün başqa variant yoxdur: "Aramıza arbitr gəlməyincə sülh olmayacaq. Mən münaqişənin həlli üçün mübahisəli ərazilərimizdə kiçik KTMT kontingentinin yaradılmasını təklif etdim ki, bu da bir neçə problemi həll edəcək - atəşkəs rejiminə nəzarət və ağır texnikanın dövlət sərhədindən çıxarılması", - Bekbolotov KTMT-nin baş katibi Stanislav Zasla görüşdə bildirib.
Yalnız bundan sonra Qırğızıstanın müdafiə nazirliyinin rəhbərinin dediyi kimi, sərhədlərin demarkasiyası mümkün olacaq.
Ağarza Elçinoğlu