Myanmanın ən böyük həbsxanalarından biri olan paytaxt Yanqondakı "İnsein" həbsxanasında partlayış baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, partlayışın ardınca baş verən yanğında ziyarətçilər də daxil olmaqla ən azı 8 nəfər həlak olub. Ölənlərdən 3-ü məmur olub. Hadisə nəticəsində 15 nəfər yaralanıb.
Əksəriyyəti siyasi məhbus olan təxminən 10 min məhkumun yerləşdiyi həbsxanada partlayışdan sonra toqquşma olub. Belə ki, polis rəsmiləri partlayışlardan sonra həbsxananın gözətçi qülləsindən atəş açıldığı barədə məlumat paylaşıblar.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Seymur Əli