Rusiyanın yeni ilhaq etdiyi Ukraynanın 4 bölgəsində hərbi vəziyyət elan edildi.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.
O, bununla bağlı Donetsk və Luqansk Xalq Respublikalarında, həmçinin Xerson və Zaporojye vilayətlərində "hərbi vəziyyətin tətbiqi haqqında" fərman imzaladığını qeyd edib.
Ağarza Elçinoğlu