Samux rayonu, Qiyaslı kənd orta məktəbində oğlan şagirdə qarşı seksual xarakterli hərəkətlər edilib. Belə ki, 2008-ci il təvəllüdlü, IX sinif şagirdi öz həmcinsi, 2011-ci il təvəllüdlü şəxsə qarşı bu cür hərəkətlər edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Unikal"a açıqlamasında bildirib ki, hadisə barədə Samux Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi faktla bağlı cinayət işi başlanıb:
“Faktla bağlı müvafiq ekspertiza təyin olunub. Ekspertizanın nəticəsindən sonra məsələyə hüquqi qiymət veriləcək. Hələlik hadisəni törədən şagird orta məktəbdə dərslərini davam etdirir”.
Seymur Əli