"AXCP sədri Əli Kərimlidən öyrənmək istəyirəm. Bazarertəsi oktyabrın 24-də Milli Məclisdə "Partiyalar haqqında" qanuna dair geniş dəyirmi masanın, təxirə salınmış həmin o dəyirmi masanın keçiriləcəyi haqda məlumatı hakimiyyət daxilindən Sizə kim ötürüb? Özü də, həmin məlumat bizə, yəni hakimiyyətlə dialoqda olan partiyaya hələ gəlib çatmamış!"
"Unikal" xəbər verir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov Feysbuk hesabında yazıb. REAL sədri Əli Kərimlini 24 oktyabrda Milli Məclisdə "Partiyalar haqqında" qanun layihəsinə dair ictimai dinləmənin keçiriləcəyi günə bilərəkdən mitinq planlaşdırmaqda ittiham edib:
"Təcili olaraq o Bazarertəsinə (!) mitinq təyin etmək və gündəmi sözü gedən müzakirədən yayındırmaq ideyasını da məlumatı Sizə ötürən şəxs verib, yoxsa öz təşəbbüsünüzdür? Bu mövzuda özünə hörmət edən bir studiyada canlı efirdə ikitərəfli müzakirəyə də hazıram. Sizin hakimiyyətlə gizli dialoqunuz mənə REAL'ın hakimiyyətlə şəffaf dialoqundan hazırda daha maraqlı görünür".