Bakıda yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə Bakı-Aeroport yolunda, "Buta Palace" sarayının yaxınlığında qeydə alınıb.

Nurlan Qənbərovun idarə etdiyi "Hyundai H 65" markalı yük avtomobili Zahir Abbasovun idarə etdiyi "Ford Transit" markalı avtomobillə toqquşub. Nəticədə Zahir Abbasov aldığı xəsarətdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.