Qazaxıstan diplomatlarının əksəriyyəti Varşavaya köçürülüb. 

"Unikal" Zakon.kz-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdi  bildirib.

Xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, tam təxliyədən söhbət gedə bilməz.

"Biz diplomatik əməkdaşlarımızın həyatını və təhlükəsizliyini riskə ata bilmərik. Ona görə də indi işçilərin yerdəyişməsi məsələsi ortaya çıxır. Hazırda diplomatların əksəriyyəti Varşavaya köçürülüb və fəaliyyətlərini oradan həyata keçirirlər”, - deyə Tleuberdi bildirib.

Nazir vurğulayıb ki, Kiyevdə hər gün qazaxıstanlıları qəbul edən və evakuasiyaya köməklik göstərən konsul var.

"Ona görə də səfirliyin tam təxliyəsi və müvəqqəti bağlanması barədə danışmağa əsas yoxdur", - o əlavə edib.

Gülayə  Mecid