Qazaxıstan hakimiyyəti korrupsionerlərdən ələ keçirilən 213 milyon dollara yaxın vəsait hesabına yeni məktəblər tikmək qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin baş naziri Əlixan Smailovun rəsmi saytında məlumat verilib .
“Dövlət başçısının Prezident Qasım-Jomart Tokayevin tapşırığına əsasən, korrupsionerlərdən ələ keçirilən vəsaitlər indi məktəblərin və onlara əlavələrin tikintisinə yönəldiləcək. Bu gün respublikada söhbət təxminən 100 milyard tengedən (təxminən 213 milyon dollar) gedir. Noyabrda vəsaitin ayrılmasına başlanılacaq”, - Smailov bildirib.
Bundan əvvəl Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin bu ölkənin Rusiya Federasiyası ilə yaxınlaşmasını istəməyən “müəyyən qüvvələrin” mövcudluğunu açıqlamışdı .
Gültəkin Ələsgər