İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın cənub-qərbində hərbi infrastruktura zərbələr endirib.
"Unikal" xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında deyilir.
***10:03
İsrail ordusu İran ərazisinə yeni silsilə hava zərbələri endirdiyini elan edib.
"Unikal" xəbər "Ynet" nəşrinə istinadən xəbər verir ki, İsrailin İranın Qum şəhərinə endirdiyi zərbə nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Məlumata görə, ölənlərdən ən azı birinin İranın nüvə proqramında işlədiyi güman edilir.
Qum vilayəti İranın ən böyük və ən təhlükəsiz nüvə infrastrukturu obyektlərindən biri olan Fordoda yerləşir. Nüvə tədqiqat kompleksinin yerləşdiyi Tehran və İsfahanda da partlayış səsləri eşidilib.