Sabah Ermənistan və İran XİN rəhbərləri İranın Sünik bölgəsində baş konsulluğunu açacaqlar

"Unikal" xəbər verir ki, bu barədə oktyabrın 20-də İrəvanda keçirilən brifinqdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.

"Biz ikitərəfli əməkdaşlıq səviyyəsində olan mövzularda razılığa gəldik" dedi".

İranlı diplomat bildirib ki, ölkələr arasında ticarət dövriyyəsi 700 milyon dollara yaxındır.

“Biz bu səviyyəni 1 milyard dollardan yuxarı qaldırmaq potensialını nəzərə alaraq, bu rəqəmi 1 milyard dollara çatdırmağa razılaşdıq. Əməkdaşlığın inkişaf istiqamətləri çox genişdir. Bu sahələrdən biri də İranın Kapanda Baş Konsulluğunun açılmasıdır ki, bu da daha rahat və sərfəli şərait yaradacaq. Yollar məsələsi çox önəmlidir. İranın Sünik bölgəsində Kapan şəhərində baş konsulluğunun açılması bizim sabah Ermənistan xarici işlər naziri ilə birlikdə atmalı olduğumuz mühüm addımlardan biridir”, - deyə nazir əlavə edib.

Gültəkin