İndoneziyada bəzi dərman siropları bu il 99 uşağın ölümünə səbəb olub. Bildirilib ki , ölkə daxilində bütün sirop və maye dərman satışını qadağan edilib.
"Unikal" xəbər verir ki, İndoneziyada səlahiyyətlilər bəzi dərman siroplarının bu il kəskin böyrək zədəsindən ölən 99 uşağın ölümü ilə əlaqəli olduğunu açıqlayıb.
İndoneziya Qida və Dərman Nəzarət Agentliyindən verilən açıqlamada qızdırma, öskürək və soyuqdəymə müalicəsində istifadə edilən 26 tibbi şərbətin monitorinq edildiyi və bu dərmanlardan beşinin etilen qlikol səviyyəsinin "təhlükəsizliyi aşdığı" qeyd edilib.
Bununla belə, agentlik xəbərdarlıq edib ki, digər risk faktorları da uşaqlarda kəskin böyrək zədələnməsinə səbəb ola bilər.
Səhiyyə naziri Budi Günadi Sadikin də qeyd edib ki, dünən bütün sirop tipli dərmanları qadağan edən Səhiyyə Nazirliyi profilaktik tədbir olaraq daha hansı dərmanların geri götürüləcəyini müəyyənləşdirmək üçün qida və əczaçılıq agentliyi ilə işləyir.
.Məlumata görə, İndoneziya hökuməti bu il kəskin böyrək zədələnməsindən 99 uşağın ölümündən sonra sirop və maye dərmanların bütün satışını qadağan edib.
Səhiyyə Nazirliyinin sözçüsü Mohammad Syahril Mansyur, yanvar ayından bəri ölkə daxilində 20 əyalətdən 206 hadisə və 99 ölüm xəbəri aldıqlarını paylaşıb.İndoneziyanın qida və tibb agentliyinin rəsmiləri bildiriblər ki, Qambiyada böyrək zədələnməsinə səbəb olan məhsullar apteklərdə yoxdur və bu komponentləri ehtiva edən siroplar da bütün ölkədə qadağandır.
Qambiyada ən azı 69 uşağın yerli olaraq satılan parasetamol siropundan istifadə etdikdən 3-5 gün sonra öldüyü iddia edilir.
Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST ) də bu hadisə ilə əlaqədar Hindistanda Maiden Pharmaceuticals Limited tərəfindən istehsal olunan 4 şərbətə qarşı xəbərdarlıq edib .
.Uşaqların böyrək problemlərindən öldüyünü və Maiden Pharmaceuticals-ın istehsal etdiyi şərbətlərdə "qəbuledilməz" miqdarda toksin tapdıqlarını ifadə edən ÜST, dərmanların yalnız Qambiyada aşkarlanmasına baxmayaraq, ölkə xaricində də paylanmış ola biləcəyi barədə xəbərdarlıq edib.
ÜST Qambiyada uşaq ölümləri ilə əlaqə saxladıqdan sonra Hindistan hökuməti də sözügedən 4 öskürək siropu ilə bağlı araşdırmaya başlayıb.
Gültəkin Ələsgər
.