İranın Məşhəd şəhərində hökumət əleyhinə nümayişlər zamanı 17 yaşlı məktəbli Əbülfəz Adinezadə öldürülüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hərbçilər tərəfindən öldürüldüyü deyilən yeniyetmənin ölüm şəhadətnaməsində onun odlu silahdan aldığı xəsarətlər nəticəsində qətl edildiyi bildirilib.
Həkimlərin dediyinə görə, oğlana bir metr məsafədən atəş açılıb. Hakimiyyət Əbülfəzin ölüm xəbərini şərh etmir.
Ağarza Elçinoğlu