Rusiya Federasiyasında səfərbər olunan 10 minə yaxın əsgər bir sıra səbəblərə görə vətənə qaytarılıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov deyib.
"Bu günə qədər ölkə üzrə 10 minə yaxın insan müxtəlif səbəblərə görə geri qaytarılıb", - Kartapolov bildirib.
Bildirək ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib, həmin gün müvafiq fərman imzalanıb.
Həmçinin məlumat verilib ki, Rusiya şirkətləri səfərbərliyə başladıqdan sonra işçilərinin 10%-ə qədərini itiriblər.
Gülayə Mecid