Ukraynada hərbi münaqişələrin şiddətlənməsi və təhlükəsizliyin artması ilə əlaqədar bütün İran vətəndaşlarına bu ölkəyə səfərdən çəkinmələri tövsiyə olunur.
"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.
"Ukraynada olan iranlılar da canlarını və təhlükəsizliyini qorumaq üçün bu ölkəni tərk etməlidirlər", - məlumatda bildirilib.