Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi İstanbuldadır.

"Unikal" xəbər verir ki, onlar təyyarə ilə İstanbula aparılıblar.

***13:57

"AK Parti sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıb".

"Unikal" xəbər verir ki,bunu Türkiyə səfiri Cahit Baxçı tviterdə yazıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib:

"Cənab Prezident İlham Əliyev cənab Binəli Yıldırım, Şamil Ayrım və mühafizəçi Oğuzhan qardaşımıza klinikada baş çəkib. Diqqətinə görə cənab Prezidentə çox təşəkkür edirəm. Var olsun”.

***12:42

Türkiyəli siyasətçi Binəli Yıldırım Türkiyəyə təcili yardım təyyarəsi ilə aparılacaq. 

"Unikal" xəbər verir ki, bunu AK Parti sözçüsü Ömər Çelik dünən Qarabağda yol qəzası keçirən AK Parti sədr müavini Binəli Yıldırımın sağlamlıq durumu ilə bağlı açıqlamasında deyib. 

"Tezliklə sağalması üçün dua edən hər kəsə təşəkkür edirik. Sədr müavinimiz Binəli Yıldırım, millət vəkilimiz Şamil Ayrım və cangüdənimiz Oğuzhanın sağlamlıq vəziyyəti çox şükür yaxşıdır. Türkiyəyə təcili yardım təyyarəsi ilə dönəcəyik", - deyə Çelik qeyd edib. 

Ağarza Elçinoğlu