Prezident İlham Əliyev İtaliya–Azərbaycan Universiteti layihəsinin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.
"Unikal" xəbər verir ki, sərəncamda deyilir:
1. İtaliya–Azərbaycan Universiteti layihəsini həyata keçirən ADA Universitetinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilsin.
2. Müəyyən edilsin ki, ADA Universiteti İtaliya–Azərbaycan Universiteti çərçivəsində tətbiq etdiyi təhsil proqramlarını İtaliya Respublikasının ali təhsil müəssisələrinin akademik standartlarına uyğun qurmaq və idarə etmək hüququna malikdir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. İtaliya–Azərbaycan Universiteti layihəsinə cəlb olunması ilə əlaqədar ADA Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etsin;
3.2. İtaliya–Azərbaycan Universiteti layihəsi çərçivəsində kadr hazırlığı aparılan ixtisasları və təhsil alan tələbələrin sayını hər il müəyyən etsin;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.