Cənubi Koreyanın Seul şəhərində şənlik zamanı yaranan kütləvi izdihamda ölənlərin sayı 153 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Ölənlər arasında 97 qadın var.

Xatırladaq ki, oktyabrın 29-da axşam saatlarında kafe və restoranların, gecə klublarının yerləşdiyi ərazidə təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliklərində izdiham yaranıb. Nəticədə 151 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Həyatını itirənlər arasında Çin, Norveç, İran və Özbəkistan, Rusiya vətəndaşları da var. Hadisədə ölənlərin çoxunun 30 yaş civarındakı gənclər olduğu bildirilir.

xxx

09:31

Seulda bayramı şənliyi zamanı yaranan izdihamda həyatını itirənlərin sayı 151-ə yüksəlib.

"Unikal" xəbər verir ki, səlahiyyətlilər 150 nəfərin yaralandığını, 355 nəfərin isə itkin düşdüyünü bildirib.

xxx

29 Oktyabr, 23:46

Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramı münasibətilə keçirilən izdihamlı tədbirdə ölənlərin sayı 146 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə "YTN" televiziya kanalında Seul Xilasetmə Xidmətinin nümayəndəsi məlumat verib.

***22:14

Cənubi Koreyanın paytaxtı Seulda Hellouin şənliyindəki izdihamda 120 nəfər ölüb, 100-dən çox şəxs xəsarət alıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Seulun mərkəzi rayonlarından olan İtavonda baş verib. Yaralılar şəhər xəstəxanalarına yerləşdirilib. Ölüm hallarına əsasən nəfəs çatışmazlığı səbəb olub. Hüquq mühafizə orqanları hadisə barədə araşdırmalara başlayıb. Ölü və yaralı sayının çoxalması istisna olunmur.

Hadisə barədə məlumat alan Cənubi Koreya Prezidenti Yun Sok Yol təcili ofisinə gəlib və müvafiq qurumların rəhbərləri ilə fövqəladə iclas keçirib.

Medianın məlumatına görə, Hellouin bayramı ilə əlaqədar İtavon rayonundakı şənliklərə təxminən 100 min adam qatılıb.