Somalinin paytaxtı Moqadişonun mərkəzində "Əş-Şəbab" terror qruplaşmasının silahlılarının Somalinin Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 30-a çatıb.
"Unikal" xəbər verir ki, bu barədə "Sky News Arabia" televiziya kanalı məlumat yayıb.
Qeyd olunub ki, hücum terrorçuların nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya daxil olub.
Binanın içərisində silahlılarla təhlükəsizlik işçiləri arasında şiddətli atışma olub. Hazırda bina polis və ordu hissələri tərəfindən bağlanıb.