Türkiyə Rusiya tərəfi ilə bütün səviyyələrdə taxıl sazişi ətrafında vəziyyətlə bağlı “telefon diplomatiyası” aparır.
"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti İstanbuldakı mənbəyə istinadən məlumat yayıb.
"Hazırda bütün səviyyələrdə danışıqlar aparılır", - mənbə vurğulayıb.
Lakin Türkiyə hələlik taxıl müqaviləsi ilə bağlı hər hansı təfərrüat verməyib.
“Belə çətin anlarda təfərrüatları açıqlamaq olmaz. Proses davam edir”, - deyə danışıqlar prosesini təsvir edən mənbə bildirib.
Ramil Zeynallı