Almaniya və Avropa İttifaqı (Aİ) İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıya bilər.
"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
O bildirib ki, hazırda bu barədə araşdırma aparılır.
"Mən keçən həftə açıqladım ki, biz daha bir sanksiya paketini işə salacağıq, İnqilab Keşikçilərini necə terror təşkilatları siyahısına sala biləcəyimizi araşdıracağıq", - nazir deyib.
Qeyd edək ki, SEPAH ABŞ tərəfindən terror təşkilatı kimi tanınır.