"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo Portuqaliyada 18 milyon avro dəyərində malikanə alıb.

"Unikal" xəbər verir  ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. 

2720 ​​kvadratmetr sahəni əhatə edən üç mərtəbəli malikanə Portuqaliyanın paytaxtı Lissabondan 40 dəqiqəlik məsafədə yerləşir. Ronaldo torpaq və evin tikintisi üçün 18 milyon avro xərcləyib ki, bu da Ronaldonun yeni evini Portuqaliyada ən bahalı ev edir.

Evin 2023-cü ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir.

Seymur Əli