Erməni əsilli iş adamı Artyom Aslanyan Moskvanın elit “Vorobyevı Qorı” yaşayış kompleksində özünü güllələyib.

"Unikal" xəbər verir ki, Artyomun cəsədini təmizləyici tapıb.

Məlumatda bildirilir ki, ölümündən əvvəl kişi anasına bir mesaj yazıb. O, mesajinda çox narahat olduğunu və ümumiyyətlə hər şeydən bezdiyini qeyd edib. İntiharın ilkin səbəbi bizneslə bağlı problemlər göstərilir.

Ötən gün Aslanyanın ad günü olub. O, 39 yaşını qeyd edib. O, restoran biznesi və qida xidmətləri ilə bağlı beş şirkətin qurucusu olub: Moskva Qida, Park İdarəetmə, Bluefin Moskva Siti, İstanbul Kabab və Kurskaya Ploşçad.

Gültəkin Ələsgər