Belarus Rusiya ilə birgə hərbi təlim mərkəzləri yaratmağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenkoya yaxın teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, Lukaşenko Rusiya ilə hərbi personal üçün birgə təlim mərkəzlərinin yaradılmasına dair saziş layihəsini təsdiq edən fərman imzalayıb.

Bundan əvvəl Lukaşenko Belarusda 9 min rus əsgərinin yerləşdiriləcəyini gözlədiyini bildirib.