Twitter-i satın alan milyarder İlon Mask "mavi tık" üçün ödəniləcək məbləği açıqlayıb. 
"Unikal"
xəbər verir ki, Twitter-i alması ilə gündəm olan Elon Musk, Twitter-də "mavi işarənin" ayda 8 dollar olacağını bildirib. 

Musk sosial media hesabında bu ifadələrdən istifadə edib:

"Twitter-in mavi işarəsi olan və ya olmayan indiki lordlar və kəndlilər sistemi boşboğazlıqdır. Xalqa güc! Ayda 8 dollara mavi tık."

Gültəkin