Avropa İttifaqı Ukraynanın enerji sisteminin dəstəklənməsi üçün təcili qaydada 25,5 milyon avro ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa İtrtifaqının enerji komisarı Kadri Simson məlumat verib.
“Rusiya intensiv şəkildə Ukraynanın enerji infrastruktutruna hücum edir. Ötən həftəki hücumda infrastrukturun 30%-i zərər görüb. Aİ Ukraynaya artıq 1 milyon avroluq elektrik avadanlığı göndərib. Lakin bu həcm təcili surətdə artırılmalıdır” – deyə komissar bildirib.