Türkiyə Futbol Liqasında oynayan "Nazilli Belediyespor" futbol klubunun 46 futbolçusu zəhərlənmə səbəbilə xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, futbolçular məşqdən sonra, günorta saatlarında yedikləri yeməklərdən zəhərləniblər.
Onlar mədə ağrısı şikayətiylə xəstəxanaya aparılıb. Futbolçulardan 18-i müayinədən sonra xəstəxanaya yerləşdirilib, 10-u müşahidə altında, 18-i isə ambulator müalicə alıb.
Bundan sonra, Türkiyə Kənd Təsərrüfatı Müdirliyi qrupları obyektlərə gələrək yeməklərdən nümunələr götürüb. Araşdırmalardan sonra məsələyə aydınlıq gətiriləcək.
Ağarza Elçinoğlu