Əfqanıstanın paytaxt şəhəri Kabildə səhər saatlarında partlayış olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstan Kənd Təsərrüfatının Bərpası və İnkişafı Nazirliyinin əməkdaşlarını daşıyan avtobus partladılıb.

Hadisə zamanı ölənlərin və yaralananların olduğu bildirilir. Əraziyə çox sayda xilasedici qüvvələr və polis əməkdaşları sövq edilib. 

Partlayışın baş vermə səbəbləri araşdırılır.

Seymur Əli