ABŞ prezidenti Co Bayden Floridada çıxışı zamanı Ukrayna ilə İraqı səhv salıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Bayden qısa zamanda səhvini düzəldərək, tamaşaçılardan üzr istəyib:

"Hazırda inflyasiya İraqdakı müharibə və Rusiyanın neftlə bağlı hərəkətləri nəticəsində yaranan qlobal problemdir. Bağışlayın, Ukraynadakı müharibə deyəcəkdim". 

 Amerika liderinin bu səhvi zaldakı şəxsləri təəccübləndirməyib.  Çünki 80 yaşlı prezident tez-tez siyası səhvlərinə görə gündəmdədir. 

Gülayə Mecid