Rusiya prezidenti Vladimir Putin hələ 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı qərar verməyib.
"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
Peskov Putinin qarşıdan gələn seçkilərdə iştirak etmək qərarına gəlib-gəlməməsi ilə bağlı suala “Xeyr” cavabını verib.
Vladimir Putin ilk dəfə 2002-ci ildə Rusiya prezidenti seçilib, daha sonra 2004, 2012 və 2018-ci illərdə yenidən bu vəzifəyə seçilib. Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin qəbulundan sonra o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək hüququ əldə edib.
2020-ci ildə Putin dövlət başçısı kimi qalmaq imkanını şərh edərək bildirib ki, onun prezidentliyi “mütləq nə vaxtsa başa çatmalıdır”.
Gülayə Mecid