Rumıniyada 5,2 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) zəlzələnin Buzau şəhərindən 41 kilometr şimal-qərbdə və 140 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
Bölgədən hələlik can itkisi və ya maddi ziyan barədə məlumat verilməyib.
Seymur Əli